Onlayn ictimai-siyasi qəzet
Gəncədə baş verən qətl hadisənin görüntüləri üzə çıxıb.
Musavat.com xəbər verir ki, görüntülərdə dünyasını dəyişən Eyyub Talıbovun bıçaq xəsarətləri alması müşahidə edilir.
Həmin görüntülərdə Eyyub Talıbov iki nəfərlə mübahisə edir və bir-birlərinə bıçaq çəkirlər. Eyyub videoda göründüyü hissədə artıq bir neçə bıçaq zərbəsi almış olub. Onu vuran şəxs Alim Quliyev olur. Digər şəxsin kimliyi isə bilinmir.
Şəhərin mərkəzində, Atatürk prospektində lentə alınana görüntülərdən əvvəl Eyyubun dostu 31 yaşlı Osman Nağıyev də bıçaqlanmış olub. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb.
Məlumata görə, hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir. Hadisədən bir neçə dəqiqə əvvəl onlar arasında söyüşə görə mübahisə yaranıb.
Qətli törətməkdə şübhəli bilinən Alim Quliyev həbs edilib.
Aprel ayının 29-da baş verən hadisənin görüntülərini təqdim edirik:
İ.Muradov,
Musavat.com
09 Iyun 2025
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ