İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov açıqladı - “Sea Breeze”də sərhədləri aşan musiqi təcrübəsi

“Sea Breeze”də “Dream Mahnı Yazma Kampı” uğurla həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə iş adamı və tanınmış müğənni Emin Ağalarov danışıb.

O bildirib ki, tədbir 4 gün davam edib və 15 beynəlxalq mahnı müəllifi, prodüser və sənətçidən ibarət qrup 30-dan çox orijinal mahnı yaradıb.

Emin Ağalarov qeyd edib ki, belə layihələr musiqi sənayesində beynəlxalq əməkdaşlığı gücləndirir və gənc istedadlar üçün əvəzsiz təcrübə imkanları yaradır:

“Musiqi, sərhədləri aşan, insanları birləşdirən bir sahədir. Dünyanın müxtəlif ölkələrindən olan istedadlı gənc mahnı müəlliflərini qarşılamaq və onlarla birlikdə işləmək mənim üçün böyük məmnunluqdur”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR