Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də müvafiq fərman imzalayıb.
Musavat.com xəbər verir ki, sənədə əsasən, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq 22 iranlı şəxs və 17 təşkilatın aktivlərini dondurub.
Sanksiyalar İranın Atom Enerjisi Təşkilatını, bir sıra bankları, tədqiqat mərkəzlərini və uranın zənginləşdirilməsi proqramı ilə bağlı şirkətləri əhatə edir.
“Resmi Gazete”nin məlumatına görə, bununla da Ankara Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq təzyiq kampaniyasına qoşulub.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ