Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fox News telekanalına müsahibə verib.
Türkiyənin dövlət başçısı bildirib ki, Ukraynada davam edən hərbi əməliyyatlar tərəflər arasında dərin uçurumun hələ də mövcud olduğunu göstərir. Onun sözlərinə görə, bu şəraitdə münaqişənin yaxın vaxtlarda başa çatması real görünmür.
Ərdoğan vurğulayıb ki, regionda sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin səyləri davam etməlidir.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ