İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Pezeşkiandan Xankəndidə ŞOK İsrail bəyanatları – Detallar CANLI

“İsrailin bölgə ölkələrinə hücumunun arxasında Fələstin məsələsinin yaddan çıxarılması niyyəti durur”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Türkiyə Prezidenti deyib ki, buna susmaq olmaz: “Fələstin xalqına, hökumətinə dəstəyimizin davamlı olması önəmlidir”.

“İsrail İrana qarşı qeyri-qanuni hücum edib, bu hücum ABŞ tərəfindən dəstəklənib”. İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

İran Prezidenti deyib ki, 12 gün ərzində mülki insanlara qarşı da hücum olub, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsində olan nüvə obyektlərinə hücum olub: “Biz qanuni özünümüdafiə hüququndan istifadə edərək bölgədə müharibənin qarşısını aldıq. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb. Bu vəziyyət davam edərsə, bu, regionda iqtisadi inteqrasiyaya mənfi təsir edəcək. ECO üzvlərinə məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. İƏT-in son Zirvə görüşü belə qanunsuz hücumların pislənməsi üçün böyük fürsətə çevrildi”.

Məsud Pezeşkian qeyd edib ki, Çin, Rusiya və Körfəzlə sərhəddə yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı tranzit nəqliyyat dəhlizlərinin təşkilində böyük rolu ola bilər.

İran Prezidenti ECO Süni İntellekt Mərkəzinin yaradılmasını təklif edib: “ECO-nun böyük turizm potensialı var və 2025-əqədər bu sahədə qarşıya hədəflər qoyaraq həyata keçirə bilərik”.
O vurğulayıb ki, İran növbəti Zirvə görüşünə ev sahibliyi etməkdən şərəf duyardı.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Aqşin Kərimovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR