Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Saxalin vilayətində baş verən elektrik qəzası böyük ərazinin enerjisiz qalmasına səbəb olub.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Saxalinin cənub və mərkəzi bölgələri, eləcə də Yujno-Saxalinskinin əksər hissəsi elektriksiz qalıb. Bildirilir ki, blekouta səbəb Yujno-Saxalinsk İstilik Elektrik Stansiyasından çıxan elektrik xəttindəki ildırım çubuğunun naqillərə düşməsi səbəb olub. Bu, avtomatik mühafizə sistemlərini işə salıb və nəticədə avtomatik kəsinti baş verib. Regional hökumətin mətbuat xidmətinin məlumatına görə, enerji işçiləri nasazlığı aradan qaldırırlar. Bu prosesin bu gün günortadan sonra başa çatacağı gözlənilir.
Qeyd edək ki, Rusiyada yüksək tələbat səbəbindən artan elektrik enerjisi çatışmazlığı yaşanır. Güc çatışmazlığı artıq 25 giqavatta çatıb. Bunun əsas səbəbləri istehlak artımı ilə infrastrukturun inkişafı arasında disbalansdır. Xüsusilə, Rusiyada istilik elektrik stansiyalarının vəziyyəti olduqca pisdir - əksəriyyəti 30 ildən çoxdur ki, fəaliyyət göstərir və avadanlıqlarının 70 faizindən çoxu köhnəlib. Nəticədə, elektrik xətləri həddindən artıq yüklənir, qəzalar və nasazlıqlar adi hala çevrilib.
Kamçatka və Krasnoyarsk diyarları, Maqadan və Saxalin vilayətləri, Çukotka və Şimali Qafqaz ən çox təsirlənən bölgələrdir, çünki bu bölgələr Rusiya vahid elektrik şəbəkəsinə qoşulmayıb.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ