İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı iddialarla bağlı açıqlama yayıb.

Musavat.com-un məlumatına görə, açıqlamada qeyd olunur ki, jurnalist Levent Gültekinin YouTube kanalında Prezident Ərdoğanın səhhəti ilə bağlı irəli sürdüyü iddialar tamamilə əsassızdır.

DMM-nin açıqlamasında bildirilib: "Bir YouTube kanalında cənab Prezidentimizin səhhəti ilə bağlı əsassız iddialar səsləndirilib. Həmin yayımda istifadə olunan ifadələr təkcə yalan məlumatlarla dolu deyil, eyni zamanda Prezidentlik institutunu hədəf alır və təhqir xarakteri daşıyır.

Cənab Prezidentimiz, Türkiyə Cümhuriyyətinin başçısı olaraq, Konstitusiyanın ona verdiyi səlahiyyət və məsuliyyətləri yerinə yetirməkdədir və millətimizə xidmət yolunda böyük fədakarlıqla çalışır.

Dövlət başçıları, siyasətçilər və digər rəsmilər Prezidentimizlə görüşlərində onun məsələlərə nə qədər dərindən bələd olduğunu, yaddaş gücünü və qərarvermədə qətiyyətini aydın şəkildə görməkdədirlər.

Jurnalistika prinsiplərini və məsuliyyətini gözardı edərək, sosial media platformalarında dezinformasiya yayan şəxslər isə yalnız özlərini gülünc vəziyyətə salır.

Bu məsələ ilə bağlı ictimaiyyətə hörmətlə bildiririk". 

Mənbə: https://t24.com.tr/haber/dezenformasyonla-mucadele-merkezi-nden-erdogan-in-saglik-durumuna-iliskin-aciklama,1243868

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR