Onlayn ictimai-siyasi qəzet
Məşhur oriental rəqqasə Asena 8 ildən sonra yenidən səhnəyə çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Asena öz rəqsi ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
İstifadəçilərin bir qismi onun enerjisindən heç nə itirmədiyini və hələ də çox yaxşı rəqs etdiyini vurğulasa da, digərləri yaşlandığını və əvvəlki kimi güclü performans sərgiləmədiyini bildirib.
Asena 2017-ci ildə ailə qurduğu Hasan Dere ilə 8 illik evliliyini bir neçə həftə əvvəl bitirib.
47 yaşlı rəqqasə uzun illər Almaniyada yaşayıb.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ