İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kişilər təhsildən buna görə uzaq düşüb - Paşinyan AÇIQLADI

“Ermənistanda insanlar təhsilə və texnologiyalara maraq göstərmir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan danışıb.

Onun sözlərinə görə, bu passivliyin kökündə kriminal altmədəniyyətin təsiri dayanır.

“Biz kişi əhalinin təhsil və texnologiya sahələrindəki passivliyinin ciddiliyini yetərincə qiymətləndirmirik. Bu məsələdə kriminal subkulturanın onların üzərindəki təsiri çox böyükdür”, - deyə Paşinyan bildirib.

Onun fikrincə, informasiya texnologiyaları elə bir sahədir ki, orada heç bir təhsil olmadan fəaliyyət göstərmək mümkün deyil.

“Bu gün və artıq bir müddətdir ki, əhalinin əksəriyyətini qadınlar təşkil edir. Bu da bizim üçün çox vacib məsələdir, çünki bu potensialdan tam istifadə etmək lazımdır”, - deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan ali təhsilə malik deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR