Onlayn ictimai-siyasi qəzet
Paşinyana yaxın erməni mediası xəbər verir ki, Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan danışıqları müsbət və hətta uğurlu qiymətləndirilir.
Musavat.com-un hazırladığı məlumatda bildirilir ki, erməni mediasına görə görüş zamanı məhsuldar müzakirələr aparılıb, gündəlikdəki bütün məsələlər ətraflı şəkildə nəzərdən keçirilib. Tərəflər mövqelərini xeyli dərəcədə yaxınlaşdırmağa nail olublar və müxtəlif səviyyələrdə intensiv dialoqu davam etdirmək, prosesi məntiqli sonluğa çatdırmaq barədə razılığa gəliblər.
Bu, Azərbaycan-Ermənistan sülh prosesində mühüm mərhələ kimi qiymətləndirilir.
Musavat.com
14 Iyul 2025
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ