Onlayn ictimai-siyasi qəzet
Erməni politoloq Suren Surenyants Rusiyanın “Tramp marşrutu” adlanan layihəyə münasibətini şərh edib. O, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlamasına diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Overçuk bildirmişdi ki, əgər bu, Ermənistan üçün yaxşıdırsa, biz dəstəkləyəcəyik. Surenyantsın sözlərinə görə, gözlənilən sərt etiraz əvəzinə belə yumşaq mövqenin nümayiş etdirilməsi bir sıra səbəblərlə bağlı ola bilər:
1. Ukrayna müharibəsi fonunda Moskva ABŞ-la yeni qarşıdurma açmaqdan yayınır.
2. Kremlin layihənin gerçəkləşmə perspektivinə inanmadığı və buna görə sərt reaksiyanı məqsədəuyğun hesab etmədiyi ehtimal edilir.
3. Vaşinqtonla bu məsələ üzrə müəyyən gizli anlaşmaların mövcudluğu da istisna deyil.
Surenyants Moskva üçün bəzi imkanların da yarana biləcəyini vurğulayıb:
“Rusiya layihənin iqtisadi komponentlərinə cəlb oluna, danışıqlar mexanizmini qoruyub saxlaya və özünü sülhməramlı kimi təqdim edə bilər".
Kremlpərəst erməni politoloqun fikrincə, hazırkı mərhələdə Kreml taktiki baxımdan itirən tərəf deyil:
“Əgər layihə baş tutmasa, Rusiya heç nə itirməyəcək. Əgər reallaşarsa, ya birbaşa iştirak etmək, ya da öz maraqları üçün istifadə etmək imkanı qazanacaq".
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ