İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Qarabağa buna görə qayıtmayacaq!

Ermənistan Baş naziri Nikol Paşinyan separatçı-radikalların revanşist xülyalarına daha bir zərbə vurub. Özü də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) tribunasından - bütün dünyaya car çəkməklə.

Dünən o, AŞ PA-da çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının real olmadığını, belə bir cəhdin Bakı ilə sülh prosesinə zərər vura biləcəyini söyləyib. Ardınca bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistanla bağlıdır. “Bizim soydaşlarımız burda, Ermənistan vətəndaşları kimi qalmalı, yaşamalı, yaratmalıdırlar. Bu, bizim strategiyamızdır”, - Paşinyan iki il öncə Qarabağdan könüllü köç edənlərə səslənib...

Hələ ki, onun çağırışına sonuncuların reaksiyası bəlli deyil. Sakitlikdir. Ancaq susqunluq da razılıq əlamətidir. Başqa yandan, Qarabağın keçmiş erməni sakinləri etiraza qalxıb da Paşinyana hansı iradı tutacaqlar ki?

Birincisi, hamı bilir ki, onları heç kim qovub eləməyib, “etnik təmizləməyə”-zada məruz qoymayıb. Az qala, gül-çiçəklə yola salınıblar Azərbaycandan. Bunu zərrəcə haqq eləmədikləri halda. “Özü yıxılan ağlamaz”. Erməni irqçi-faşistlər və onların havadarları dünyanın gözü qarşısında baş vermiş bir hadisəni nə qədər baş-ayaq təqdim eləsələr də, yeni “genosid” mifi yaratmağa çalışsalar da, alınmayıb. Alınmayacaq. Paşinyanın AŞ PA-dakı açıqlaması həm də bunun etirafı və mesajıdır.

İkincisi, separatçı kütlə Qarabağa xüsusi status və beynəlxalq zəmanət altında qayıtmağı xəyal edir. Yəni əksəriyyət Azərbaycan vətəndaşlığı altında yaşamağı, Konstitusiya və qanunlarımıza tabe olmağı ağlına gətirmir. Təbi ki, qulaqlarının dibini görəndə bunun əksini görərlər. Paşinyan da vəziyyəti yaxşı bildiyi üçün “ağrımayan başına” dəsmal bağlamaq istəmir...

Baş nazirin məlum bəyanatı əslində həm də Qarabağın heç vaxt ermənilərin dədə-baba torpağı olmadığının etirafıdır. Yoxsa belə rahat şəkildə qayıdış planlarının üstündən xətt çəkilməzdi. Axı Azərbaycan xalqı sizə 200 il öncə Qarabağın dilbər guşəsində yaşamağa yer vermişdi, hətta haqq etmədiyiniz muxtariyyətə sahib idiniz. Amma siz yaxşılığı tərs anladınız, qədir-qiymətini bilmədiniz, göylə getdiniz, başımızda oturdunuz. Sizə öz qoynunda yer eləmiş böyük və xeyirxah bir xalqa, dövlətimizə meydan oxudunuz, ağlasığmaz cinayətlər törətdiniz. Çox istədiniz, ancaq azdan da oldunuz. İndi hansı üzlə geri dönəcəksiniz ki?

Odur ki, sıra indi Qərbdəki ermənidən çox erməni olmaq istəyən, “çörəyi” xalqları bir-birinə qırdırmaqdan çıxan məkrli, insanlığını itirmiş çevrlərindir. Vicdanını 5 sentə satmış amerikalı konqresmenlərin, Avropa Parlamentinin ikiüzlü yalan ustalarınındır. Nəticə çıxarsınlar və nə qədər gec deyil, daşı ətəklərindən töküb gerçəyi dilə gətirsinlər. Kövrək sülh prosesinə, formalaşmaqda olan qarşılıqlı etimada zərbə vurmaq cəhdlərindən əl çəksinlər.

Söhbət əlbəttə, həm də fitnə-fəsad ustası Rusiyadan gedir. Məsələ ondadır ki, Paşinyan son açıqlaması ilə Kremlin nə vaxtsa Azərbaycana qarşı separatçı “kart”dan istifadə planını da sarsıtmış oldu. İrəvanın Minsk Qrupunun ləğvinə razılığından sonra bu, ümumən antitürk qüvvələrin topasına endirilən zərbə sayılmalıdır.

Qalır Nikolun dediyi o strategiyanı məntiqi sonluğa çatdırmaq: konstitusiyada müvafiq dəyişikliyi edib Bakı ilə sülh müqaviləsini imzalamaq. Bir az da tələsmək lazımdır. Çünki vaxt daralır. Nə qədər ki, Putinin başı Ukraynaya qarışıb, bu işi bitirmək gərəkdir. Bunu həmçinin Türkiyə ilə sərhədlərin açılması və qonşuluq əlaqələrinin qurulması, təcriddən qurtulmaq zərurəti tələb edir...

“Artıq Qarabağ məsələsi aradan qalxdığı üçün Ermənistanla Türkiyə arasında daha sıx əlaqələr formalaşmağa başlayacaq”.

Türkiyədəki ermənilərin patriarxı Saak Məşəlyan bu fikirdədir (Teleqraf).

“Türkiyədəki ermənilər həmişə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarı olublar, amma iki ölkə arasındakı münasibətlərə uzunmüddətli perspektivdə baxmaq lazımdır, çünki söhbət 100 illik düşmənçilikdən gedir. Hətta bu durumda sülhdən, gəliş-gedişdən, qapıların, yolların, sərhədlərin açılmasından, diplomatik münasibətlərin bərpasından danışmaq belə böyük uğurdur. O vaxt Qarabağla bağlı məsələ vardı, indi o məsələlər aradan qalxdıqdan sonra o maneələr aradan qalxmağa və daha sıx əlaqələr formalaşmağa başlayacaq”, - keşiş bildirib.

O, sülhə alternativin olmadığını vurğulayıb: “Məncə, proses düzgün istiqamətdə gedir. Biz həmişə Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafının tərəfdarı olmuşuq, çünki bizim erməni dünyasında, belə demək mümkünsə, xüsusi yerimiz var. Biz nə Qarabağ, nə də diaspor erməniləriyik. Alternativ yoxdur, sülh olarsa, hər iki tərəf qalib gəlir, düşmənçilik olarsa, hər iki tərəf uduzur. Bəzən keçmişi unutmaq lazımdır. Addımlarımızı yeni şərtlərə uyğun atmalıyıq. Keçmiş üçün yaşaya bilmərik”.

Erməni olsa da, düz deyir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR