Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökumətində bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyanın qərarı ilə bir neçə vəzifəli şəxs daimi əsasda təyin olunub, biri isə vəzifədən azad edilib.
Rəsmi məlumata görə Ekopatrul Xidmətinin rəhbəri vəzifəsini icra edən Vladimir Kirakosyan xidmətin rəhbəri postuna təsdiqlənib.
Ermənistanın ətraf mühit nazirinin müavini vəzifəsini icra edən Ara Mkrtçyan və Aram Meymaryan rəsmi olaraq nazir müavini vəzifələrinə təyin olunublar. Nazir müavini vəzifəsini icra edən Tiqran Qabrielyan isə tutduğu postdan azad edilib.
Musavat.com
19 Avqust 2025
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ