İnsanlara hürriyət, millətlərə istiqlal!

Nevzorov: Rusiyanın yeganə qazancı – Donbasın xarabalıqları və milyonlarla tabut

Belə ya da belə, artıq aydındır ki, Rusiya özünün “isti ukrayna qanında çimmək və bundan həzz almaq” arzusuna vida edə bilər.

Musavat.com xəbər verir ki, bu sözlər Rusiyanın məşhur jurnalisti və publisisti Aleksandr Nevzorov tərəfindən telegram-kanaldakı hesabında yazılıb.

“Heç bir “qələbə” rus təsəvvüründəki kimi olmayacaq.

Maksimum, Rusiyanı gözləyən – Donbasda bir neçə yüz hektar yandırılmış torpaq, kəndlərin xarabalıqlarıdır ki, Rusiyaya heç lazım da deyil. Və o da yalnız müvəqqəti istifadə üçün. Üç ildən artıq davam edən rüsvayçı müharibənin və bir milyon rus cəsədinin müqabilində əldə edilən olduqca acınacaqlı “qənimətdir.

“Rus dünyası”nın bu günədək nail olduğu yeganə şey – özünün ən həssas sərhədində güclü, heç nəyi unutmayan və heç nəyi bağışlamayan bir dövlətin formalaşmasıdır. Bu dövlətin bütün ordusu yaxın zamanda “Azov”un öyrəndiyi təcrübə ilə məğlubedilməz hala gələcək.
Daha da önəmlisi, bəşəriyyət Rusiyanın həqiqi yırtıcı simasını gördü və artıq ciddi şəkildə “onunla nə etməli” sualını düşünməyə başlayıb”,-deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR