Onlayn ictimai-siyasi qəzet
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Alen Simonyan "Telegram" kanalında məlumat verib.
“Bu gün 7 iyundur. Ermənistan Respublikasının Milli Məclisinə (parlament) növbəti seçkilər düz bir il sonra – 2026-cı il iyunun 7-də keçiriləcək”, – deyə Simonyan bildirib.
Qeyd edək ki, Ermənistanda son parlament seçkiləri 2021-ci ildə baş tutub.
İqbal RZAYEV,
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ