İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hakimiyyətin qanunsuz əldə edilməsinə Paşinyanın partiyasından sərt qətnamə

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyası 3 iyul tarixində keçirilən fövqəladə sessiyada “Dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinin yolverilməzliyi və demokrasiyanın müdafiəsi haqqında” Milli Məclis üçün bəyanat layihəsi təqdim edib.

Musavat.com xəbər verir ki, “Vətəndaş Müqaviləsi”nin fikrincə, Milli Məclis Ermənistan Respublikasına qarşı terror aktı planlaşdırılması faktına öz qiymətini verməlidir.

Bəyanatda bildirilir:
“Ermənistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən 2025-ci ilin iyun ayında ifşa olunan və Ermənistanın suverenliyi, konstitusiya quruluşu və qanuni hakimiyyətinə qarşı yönəlmiş terror cəhdini Milli Məclis qətiyyətlə pisləyir.

Konstitusiya və qanunvericiliyə əsasən, konstitusiya quruluşunun devrilməsi və terror aktlarının həyata keçirilməsi məqsədilə edilən hər hansı hərəkət ən ciddi cəza ilə nəticələnəcək. Hakimiyyətin zorakı və terror üsulları ilə ələ keçirilməsinə cəhd Ermənistanın suverenliyinə və xalqına birbaşa zərbədir.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR