Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Artik şəhərində İkinci Dünya müharibəsində həlak olmuş sovet əsgərlərinə həsr olunmuş abidənin gizli şəkildə sökülməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı müxalifətçi deputatlar Mger Melkonyan və Derenik Malxasyan yayıblar.
Onların iddiasına görə, şəhər rəhbərliyi Azadlıq meydanında yerləşən abidəni heç bir ictimai müzakirə olmadan demontaj etməyə və başqa yerə köçürməyə hazırlaşır. Deputatlar hesab edirlər ki, bu təşəbbüs Şərqi Avropa və Baltikyanı ölkələrdə son illərdə müşahidə olunan sovet irsinin silinməsi siyasətinə bənzəyir.
Malxasyanın sözlərinə görə, əgər bu söküntü baş tutarsa, respublikanın digər icmaları da bu nümunəni təkrarlaya bilər. Onun fikrincə, bu proses Ermənistanın siyasi vektorunda ciddi dəyişikliklərin göstəricisidir.
Qeyd edək ki, sözügedən meydanda əvvəllər istirahət zonası yaradılması təklif edilmişdi. Lakin abidənin taleyi ilə bağlı rəsmi qurumlar hələlik ictimaiyyətə heç bir açıqlama verməyiblər.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ