İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yeni polis rəisi qanuni oğrunun qohumudur

Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ölkənin yeni polis rəisi və müavini Aram Qazaryanın qanuni oğru Artur Qazaryanın qohumu olduğunu təsdiqləyib.

Nazir əmin edib ki, bu, Aram Qazaryanın işinə təsir etməyəcək: “Ermənistan çox kiçik ölkədir və hər kəsin müxtəlif əlaqələri, qohumları ola bilər”.

Yerli media Aram və Artur Qazaryanların əmiuşağı olduğunu qeyd edib. Tuy Kanakerski kimi tanınan “kriminal avtoritet” Artur Qazaryan 2021-ci ildə kriminal qruplar arasında baş verən qarşıdurma zamanı zərərsizləşdirilib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR