Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti 25 sentyabr iclasında 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqləyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sənədə görə, müdafiə sahəsinə 1,45 milyard dollar ayrılıb. Bu, 2021-ci ildən bəri ilk dəfədir ki, hərbi xərclərdə azalma qeydə alınır. 2025-ci illə müqayisədə müdafiə büdcəsi 260 milyon dollar azalıb.
Qərar 8 avqustda Vaşinqtonda ABŞ, Ermənistan və ABŞ arasında ilkin sülh bəyannaməsinin imzalanmasından sonra verilib. Baş nazir Nikol Paşinyan izah edib ki, 2025-ci ildə hərbi xərclərin kəskin artımı təcili ehtiyaclarla və bəzi kreditlərin vaxtından əvvəl ödənilməsi ilə bağlı olub. Onun sözlərinə görə, 2026-cı il üçün ayrılan vəsait əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə qalır və bu da müdafiə xərclərinin sabitləşməsini göstərir.
Paralel olaraq hökumət orduda xidmət müddətinin azaldılması təşəbbüsü ilə çıxış edib. Müdafiə Nazirliyinin 11 sentyabrda təqdim etdiyi təklifə əsasən, 2026-cı ilin yay çağırışından etibarən əsgərlərin xidmət müddəti 24 aydan 18 aya endiriləcək. Rəsmi İrəvan bunu bölgədə təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə izah edir.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ