Onlayn ictimai-siyasi qəzet
"Fənərbağça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Bright Osayi-Samuelin evi qarət edilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Fənərbağça"nın sağ cinah oyunçusu Osayi-Samuel'in evi soyulub.
İddiaya görə, 27 yaşındaki futbolçunun yeni tanış olduğu sevgilisi onun saat, pul qabı və bəzi dəyərli əşyalarını oğurlayaraq yoxa çıxıb.
Hadisə ilə bağlı futbolçu hələ ki heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu mövsüm "Fənərbağça"da 37 dəfə forma geyinən Osayi komandasına 8 məhsuldar ötürmə verib. "Fənərbağça" karyerasında 176 matça çıxan Osayi 7 qola imza atıb. 27 yaşlı futbolçunun karyerasını İngiltərədə davam etdirəcəyi gözlənilir.
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ