Onlayn ictimai-siyasi qəzet
İllk yayın vaxtı 23:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində qələbə əldə edib.
Musavat.com xəbər verir ki, Budapeştdəki "Qroupama Arena" stadionunda keçirilən qarşılaşma 3:1 hesabı ilə başa çatıb.
Oyun 29-cu dəqiqədə Barnabas Varqanın qoluyla başlayıb və meydan sahibləri hesabda önə keçib. Lakin ikinci hissədə Ağdam təmsilçisi toparlanaraq 50-ci dəqiqədə Marko Yankoviçin qolu ilə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Kevin Medina "Qarabağ"ı önə çıxarıb, 85-ci dəqiqədə isə Musa Qurbanlı yekun nəticəni müəyyənləşdirib – 3:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu matçın nəticəsinə görə qalib UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq, məğlub tərəf isə Avropa Liqasına qatılacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" oyununda daha bir qol vurulub.
Musavat.com xəbər verir ki, Budapeştdəki "Qroupama Arena" stadionunda keçirilən matçın 85-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək Ağdam təmsilçisinin üstünlüyünü 3:1-ə çatdırıb.
Bu qol nəticəsində meydan sahibləri oyunu mərkəzdən başlamağa məcbur olublar.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" oyununda üçüncü qol qeydə alınıb.
Musavat.com xəbər verir ki, Budapeştdəki "Qroupama Arena" stadionunda keçirilən matçın 67-ci dəqiqəsində Kevin Medina fərqlənib.
Bununla da Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" qarşılaşmasında ikinci qol qeydə alınıb.
Musavat.com xəbər verir ki, Budapeştdəki "Qroupama Arena" stadionunda keçirilən matçın 50-ci dəqiqəsində Marko Yankoviç fərqlənib.
Beləliklə, hesab bərabərləşib – 1:1.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Ferentsvaroş" – "Qarabağ" oyununda hesab açılıb.
Musavat.com xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində Varqa Macarıstan təmsilçisini önə keçirib.
Beləliklə, "Ferentsvaroş" 1:0 hesabı ilə öndədir.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" (Macarıstan) ilə "Qarabağ" arasında keçirilən ilk oyun başlayıb.
Musavat.com xəbər verir ki, qarşılaşma Budapeştdəki "Qroupama Arena" stadionunda oynanılır.
Matçı portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.
Qeyd edək ki, cavab görüşü Bakıda keçiriləcək.
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ