Onlayn ictimai-siyasi qəzet
Ukrayna hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin mümkün görüşü üçün yeni variantlar üzərində düşünür.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Avstriya, İsveçrə və Türkiyə ilə yanaşı, Vatikan və Səudiyyə Ərəbistanı da ehtimal olunan məkanlar sırasına daxil edilib.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Corriere della Sera-ya müsahibəsində məlumat verib.
“Biz, əlbəttə, görüşün Avropada baş tutmasını istərdik, amma ən optimal variantı axtarırıq… Zelenski müharibəni 100% başa çatdırmaq niyyətindədir, baxmayaraq ki, hücumu ruslar başladılar,” – deyə, Yermak bildirib.
Onun sözlərinə görə, görüşün Budapeştdə keçirilməsi Kiyev üçün arzuolunan deyil. Buna səbəb 1994-cü ildə məhz bu şəhərdə imzalanmış və sonradan bütün imzaçı dövlətlər – o cümlədən Ukraynanın təhlükəsizliyinə zəmanət verən ölkələr – tərəfindən pozulmuş Budapeşt Memorandumudur.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ