Onlayn ictimai-siyasi qəzet
Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu finala keçə bilməmələri barədə açıqlama yayıb.
Musavat.com xəbər verir ki, qrup sosial media hesabında yarışma ilə bağlı paylaşım edib:
"Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim üçün ən vacib olanıdır. Finala keçəcəyimizi gözləyənlərdən üzr istəyirik və sizdən rica edirik ki, məyus olmayasınız. Biz əlimizdən gələni etdik, səhnədə tam səmimi olduq və bütün emosiyalarımızı verdik.
Bizə azarkeşlik edən və canlı yayımla bizi izləyən hər kəsə sonsuz təşəkkür edirik. Sizin dəstəyinizi və sevincinizi hiss etdik. Ölkəmizdə hələ çox istedadlı ifaçılar var və biz onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq. Əsas odur ki, biz sübut etdik ki, Azərbaycanda yaxşı musiqi yaradılır və hər zaman yaradılıb.
Dostlarımıza, yaxınlarımıza və İTV komandamıza dərin təşəkkür edirik. Siz bizə inandınız və böyük iş gördünüz. Bunu heç vaxt unutmayacağıq.
Ruhdan düşmürük və bu bizim üçün böyük motivasiyadır, irəliləməyə davam edəcəyik. Hazır materiallarımız çoxdur və sizinlə paylaşmaq üçün səbirsizlənirik".
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu "Run with you" mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər. 2023-cü ildə ölkəmizi təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməmişdilər.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ