İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Gürcüstanla bağlı SƏRT ADDIM: 46 illik saziş LƏĞV OLUNDU

Fransanın Nant şəhərinin meri Tiflis ilə 1979-cu ildən qüvvədə olan qardaşlaşma sazişinin dayandırıldığını elan edib.

Musavat.com xəbər verir ki, bu qərar Gürcüstandakı siyasi vəziyyətlə bağlı narahatlıqlarla əsaslandırılıb.

“2024-cü ilin dekabrından bəri ölkədə genişmiqyaslı etirazlarla müşayiət olunan müxalifətə qarşı repressiyaları müşahidə edirik”, – deyə Nant meriyasından bildirilib.

Meriyada həmçinin uzun illərdir Nantla əməkdaşlıq edən Tiflis meriyasının Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşlarının işdən çıxarılmasına görə təəssüf ifadə olunub.

Fransız tərəfinə görə, bu işdən çıxarılmalar siyasi xarakter daşıyırdı, çünki işdən azad edilənlərin əksəriyyəti Avropa İttifaqına inteqrasiyanı dəstəkləyirdi.

Nant meriyası dəqiqləşdirib ki, qardaşlaşma münasibətləri əməkdaşlıq üçün zəruri şərait bərpa olunana qədər dondurulacaq. Buna baxmayaraq, şəhər Gürcüstanda maraqlı tərəfləri vətəndaş cəmiyyəti strukturları vasitəsilə dəstəkləməyə davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR