İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 Rusiyaya xəbərdarlıq etdi: “Atəşi dayandır, yoxsa sanksiyalar daha da sərtləşəcək”  


Böyük Yeddilik (G7) ölkələri Rusiyaya qarşı mövcud sanksiyaların daha da sərtləşdirilə biləcəyi ilə bağlı ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə G7-nin Kanadada keçirilmiş maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekununda qəbul edilmiş kommunikedə bildirilib.

Sənəddə qeyd olunur ki, əgər Moskva Ukraynada atəşi dayandırmağa razı olmasa, G7 ölkələri Rusiyaya qarşı əlavə iqtisadi və maliyyə məhdudiyyətləri tətbiq etməyə hazırdır.

Bununla yanaşı, G7 Ukraynanın gələcək bərpası üçün özəl sektorun daha fəal cəlb olunacağını açıqlayıb.

“Biz təsdiqləyirik ki, hüquqi sistemlərimizə uyğun olaraq, bizim yurisdiksiyamızda yerləşən Rusiya dövlətinə məxsus aktivlər immobilizə olunmuş şəkildə qalacaq. Bu vəsaitlər yalnız Rusiya Ukraynaya vurduğu ziyanın əvəzini ödədikdən sonra azad edilə bilər”, – deyə kommunikedə vurğulanıb.

Qeyd edək ki, dondurulmuş aktivlərin dəyəri milyardlarla dollarla ölçülür və G7 bu mexanizmi Ukraynaya təzyiq aləti kimi saxlamaqda qərarlıdır. Bu bəyanat Qərbin Moskva ilə bağlı mövqeyində sərtlikdən geri çəkilmək niyyətində olmadığını bir daha nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR