İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Dövlət Rusiyanın “5-ci kolon”ununu niyə Azərbaycandan TƏMİZLƏMİR? -iqtidarla müxalifət ÜZ-ÜZƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclasında informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.

İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.

Maraqlı məqam isə V.Tağıyevin də həmin tədbirdə iştirak etməsi və sinəsində "Georgi lenti" olmasıdır. Belə ki, tədbir zamanı lentə alınan görüntülərdən də aydın olur ki, həmin tədbirdə V.Tağıyev S.Səmədovun yanında dayanıb, sinəsində də "Georgi lenti”.

Həmçinin İdarə Heyətinin 26 nəfər üzvü olmasına baxmayaraq, “əvəzlənmə prosesində” cəmi 7 nəfərin iştirak etdiyi barədə deyilənlər fotodan da təsdiqlənir.

Dövlət bu prosesi niyə nəzarətə götürmür? Rusiyanın “5-ci kolon”unun kökü niyə ölkədən kəsilmir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız YAP-çı deputat Aydın Hüseynovla Real sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR