İnsanlara hürriyət, millətlərə istiqlal!

GİZLİ ANLAŞMA - İran sanksiyalara baxmayaraq 2 təyyarə aldı

İran Çinin “Haokun Energy” şirkətindən barter müqaviləsi ilə aldığı iki “Airbus A330” təyyarəsini donanmasına əlavə edib. 

Musavat.com xəbər verir ki, bu barəd "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hər bir təyyarənin qiyməti 30 milyon dollardan az olub və ümumi sövdələşmə İran nefti ilə təxminən 116 milyon dollar təşkil edib.

Saziş İranın keçmiş prezidenti İbrahim Rəisinin administrasiyası dövründə bağlanıb. Bu barədə aprel ayında keçmiş yol və şəhərsalma naziri Mehrdas Bəzrpaş məlumat verib.

Qeyd edək ki, barter sövdələşmələri İrana təyyarə və komponentlərin tədarükünü məhdudlaşdıran beynəlxalq sanksiyalardan yayınmağın bir neçə yollarından birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR