Onlayn ictimai-siyasi qəzet
"Google", kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.
Fırıldaqçılar mobil şəbəkə tərəfindən bloklanmadan, yaxınlıqdakı mobil telefonlara minlərlə saxta mətn mesajı göndərmək üçün "SMS blaster" adlı funksiyadan istifadə edirlər.
Bu texnologiya ilə mobil telefonlar real telefon qülləsi ilə deyil, 2G şəbəkəsi kimi görünən saxta siqnalla aldadılaraq əlaqəyə girir. Nəticədə qurbanların nömrələri toplanmadan belə, onlara fırıldaq mesajları göndərilir.
Android istifadəçilərinə cihazlarında 2G şəbəkəsini söndürmək tövsiyə olunur.
iPhone istifadəçiləri isə tanımadıqları şəxslərdən gələn mesajları avtomatik süzgəcdən keçirə bilərlər.
Hüquq-mühafizə orqanları vətəndaşları belə mesajlardakı keçidlərə daxil olmamağa və şəxsi məlumatlarını paylaşmamağa çağırır./Milli.az/
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ