Onlayn ictimai-siyasi qəzet
İrandakı türkofoblar hər vəcdlə Təbrizin “Traktor" klubunun tarixi uğuruna kölgə salmağa çalışırlar.
Musavat.com bildirir ki, klubun son oyunlarından birinin fasiləsi zamanı səlahiyyətlilər meydançaya mərsiyəçini çıxarıblar.
Həmin şəxs mərsiyə oxumağa başlayan kimi, stadionun tribunasındakı cənubi azərbaycanlılar etiraz səslərini ucaldıblar. Azarkeş türklər onu fitə basıblar və müxtəlif əşyalar atıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal hərəkətə keçib, hətta mərsiyəxana ifasını dayandırmağı məsləhət görüblər.
Bu zaman tribunalardan gurultulu şüarlar eşidilib. Azarkeşlər “Azərbaycan! Azərbaycan!" hayqırmağa başlayıblar və mərsiyəçinin səsini batırıblar.
Sözügedən görüntüləri təqdim edirik:
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ