İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli gənc qız Məsud Pezeşkiana elə bir şeir dedi ki... - VİDEO

Güney Azərbaycanın gənc qızı İran prezidenti Məsud Pezeşkiana elə təsirli bir şeir həsr edib ki, sosial şəbəkələrdə dalğa-dalğa yayılmağa başlayıb.

Musavat.com həmin duyğulu şeirin səsləndiyi anların videosunu təqdim edir.

“Vətənsiz əsgərə bayraq kimisən” deyə səslənən misralar Güney Azərbaycanda yaşayan soydaşlarımızın Məsud Pezeşkiana necə böyük rəğbət bəslədiklərinin göstəricisidir.

Bilinir ki, Məsud Pezeşkian sadəcə siyasətçi deyil – o, poeziya aşiqidir, söz adamıdır. Prezident seçkiləri kampaniyası dövründə onun ədəbiyyat sevgisi milyonlarla insanın qəlbini fəth etdi. Şəhriyarın şeirlərini əzbər söyləməsi, istər tribunada, istər görüşlərdə, hətta Azərbaycanda səfərdə olarkən belə türk dilində misralar səsləndirməsi onun ən güclü təbliğat vasitələrindən birinə çevrildi. Elə buna görədir ki, bu gün Güneyli gənclər də Pezeşkianın şeirinə şeirlə cavab verir, ürəklərindəki sözləri misralara düzüb ona ünvanlayırlar.

Bu videoda Güneyli bir qızımız mikrofon qarşısında Məsud Pezeşkiana həsr etdiyi misraları səsləndirir, salon alqışlayır, Güney alqışlayır… və bütün bunlar Qüzeyə də təsir edir. İranı Qüzey Azərbaycana sevdirə biləcək bir şəxs varsa, o da yalnız Məsud Pezeşkian ola bilər!

Həmin təsirli görüntünü təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR