Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 3061 seçki məntəqəsindən 2283-də səslər sayılıb və nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası bütün bələdiyyələrdə qalib gəlib.
Rəsmi məlumatlara görə, hakim partiya 80,79 faiz səs toplayıb. Bu göstərici “Gürcü Arzusu”na ölkə üzrə tam üstünlük qazandırıb.
Eyni zamanda, partiyanın namizədləri Tbilisi, Rustavi, Kutaisi, Batumi və Poti şəhərlərində mer seçkilərində də qələbə qazanıblar.
Musavat.com
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ