Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail Qəzza zolağındakı qoşunlarını HƏMAS-a nümayiş etdirdiyi ilkin xəttə çəkməyə hazırdır.
Musavat.com xəbər verir ki, Tramp bunu Truth Social hesabında yayıb: “HƏMAS bunu təsdiqlədikdə atəşkəs dərhal qüvvəyə minəcək, girov və əsir mübadiləsi başlayacaq və biz geri çəkilmənin növbəti mərhələsi üçün şərait yaradacağıq ki, bu da bizi 3000 illik bu fəlakətə son qoymağa yaxınlaşdıracaq”.
Bəyanatda o, sözügedən xətti göstərən xəritəni əlavə edib.
CNN-in yazdığına görə, Trampın təqdim etdiyi xəritəyə əsasən, İsrail hərbi qüvvələri Qəzzanın cənubundakı Rəfah və Xan Yunisdə, Qəzzanın şimalının böyük hissəsində, eləcə də zolağın digər hissələrində bufer zonada mövcudluğunu davam etdirəcək.
Musavat.com
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ