Onlayn ictimai-siyasi qəzet
Gürcüstandan ABŞ Prezidenti Donald Trampa ünvanlanan şəxsi məktub Vaşinqtonda ciddi narazılıq yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı vəzifəsini başa vurmaq üzrə olan səfiri Robin Danniqan “Azadlıq” radiosunun Gürcüstan xidmətinə verdiyi müsahibədə bildirib.
Diplomatın sözlərinə görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən Trampa göndərilən məktub “təhqiramiz, qeyri-ciddi və hədə dolu” olub:
“Bu məktub şəxsi idi, ictimaiyyətə açıq deyildi. Amma məzmunu ABŞ administrasiyasında, xüsusilə də Vaşinqtonda son dərəcə mənfi qarşılandı”.
Danniqan Vaşinqtondan Gürcüstanın hakim partiyası “Gürcü arzusu”nun qurucusu, milyarder Bidzina İvanişviliyə ünvanlanan dövlət katibi Marko Rubionun cavab məktubunu da özü ilə gətirib. Lakin İvanişvili səfir ilə görüşdən imtina edib və onu baş nazir Kobaxidzeyə yönləndirib. Səfir isə məktubu baş nazirə təqdim etməyi uyğun saymayıb.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ