Onlayn ictimai-siyasi qəzet
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi ölkədə Belarus və Rusiya vətəndaşları üçün minik avtomobilləri və xüsusi texnikanın ölkədən çıxarılmasına dair qadağanın qüvvəyə mindiyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı TASS agentliyi yayıb.
Məlumatda bildirilir ki, bu məhdudiyyətlər Gürcüstan tərəfindən mayın 15-də tətbiq olunub və Rusiyaya qarşı beynəlxalq sanksiyaların, xüsusilə də 11-ci sanksiya paketinin icrasına yönəlib.
Həmin paketə əsasən, Rusiya və Belarus vətəndaşlarına avtomobillərin üçüncü ölkələrə təkrar ixracı qadağan olunur.
Bundan əvvəl Gürcüstan Milli Bankı Rusiya vətəndaşlarına 300 avrodan baha olan lüks əşyaların alınmasına məhdudiyyətlər tətbiq edib.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ