İnsanlara hürriyət, millətlərə istiqlal!

Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?

Havanın istiləşməsinə baxmayaraq, qripə yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, sadəcə isti geyinmək bu problemin qarşısını almağa kifayət etmir.

Qripdən qorunmaq üçün ilk növbədə düzgün və balanslı qidalanma vacibdir.

Qripə yoluxduqda bədəndə 38 dərəcədən yuxarı hərarət, güclü zəiflik, əzələ ağrıları, quru öskürək, boğazda yanma və burun axıntısı kimi əlamətlər meydana çıxır. Bütün bu hallardan uzaq durmaq üçün immun sistemini gücləndirən qidalara üstünlük verilməlidir.

C vitamini - Güclü antioksidant

C vitamini ən təsirli antioksidantlardan biridir. Əgər bu vitamin süni şəkildə deyil, təbii qidalardan alınarsa, tərkibindəki faydalı fitokimyəvi maddələr də orqanizmə daxil olur. Pomidor, təzə bibər, cəfəri, naringi, portağal, qreypfrut, nar, itburnu və kivi kimi meyvə və tərəvəzlər gündəlik menyuda yer almalıdır.

Sink - Güclü immunitetin açarı

Sink mineralları immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Onun mənbələri arasında dəniz məhsulları, ət, soğan və sarımsaq yer alır. Həmçinin balqabaq tumu, çiy fındıq, qoz, badam, hind quşu və quzu əti, qulançar və göbələk də sinklə zəngindir. Bu maddələr bədəndəki toksinlərlə mübarizə aparan hüceyrələri aktivləşdirir.

Omeqa-3 yağ turşuları - Orqanizmin qoruyucu qalxanı

Omeqa-3 yağ turşuları immuniteti möhkəmləndirir, beyin və ürək-damar sisteminin sağlamlığını qoruyur. Həftədə ən azı iki dəfə balıq yemək tövsiyə olunur. Balıq yalnız Omeqa-3 deyil, həm də hüceyrələrin yenilənməsi və yaşlanmanın qarşısını alan əvəzolunmaz amin turşuları ilə də zəngindir. Çiy fındıq, qoz və badam da Omeqa-3 mənbələridir.

Təbii içkilər - Zəncəfilli və limonlu çay

Qripdən qorunmaq üçün C vitamini ilə zəngin portağal kimi meyvələr yemək, həmçinin limonlu və zəncəfilli çay içmək faydalıdır. Çaya nanə və mixək əlavə etməklə həm dadını, həm də təsirini artırmaq mümkündür.

Unutmayın ki, güclü immun sisteminə sahib olmaq üçün qidalanma qədər həyat tərziniz də önəmlidir.//Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR