Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında öz kortejinin hamilə qadının ölümünə səbəb olan avtomobil qəzası ilə bağlı açıqlama verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan məsuliyyəti üzərindən ataraq, baş verən faciənin onunla birbaşa əlaqəsi olmadığını bildirib.
“Təsəvvür edin: siz avtobusda oturmusunuz, sürücü kimisə vurur, sonra jurnalistlər sizə yaxınlaşıb soruşurlar – niyə siz adam vurdunuz? Bu, mənim şəxsi kortejim deyil, sadəcə olaraq baş nazirin təhlükəsizliyini və daşınmasını təmin edən bir institutdur. Mən arxada oturmuşdum. Əgər avtomobili mən idarə etsəydim, başqa məsələ olardı. Bu halda isə mənim nə əlaqəm var?”, – deyə Nikol Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, hadisə baş verdikdən sonra dərhal zəng edərək başsağlığı verib, hazırda isə məhkəmə prosesi davam edir:
“Mən bu işi görməmişəm, maşında oturmuşdum və orada da qalmışam. Ona görə də şahid kimi belə tanınmamışam. Daha nə etməliyəm?”
Paşinyan əlavə edib ki, indiyədək Ermənistanda heç bir rəhbər onun qədər ölkədə hərəkət etməyib:
“Mən bölgələrə, kəndlərə gedirəm, İrəvanda gəzirəm. Daim hərəkətdəyəm”.
Xatırladaq ki, bu ilin əvvəlində baş nazirin kortejinin iştirak etdiyi avtomobil qəzası nəticəsində hamilə qadın hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra yerli müxalifət baş nazirin məsuliyyət daşıdığını bildirib.
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ