İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs bu günü GÖZLƏYİR: Mayın 31-i gəlmədən O XƏBƏR GƏLDİ

Son günlər Rusiya Prezidenti Vladimir Putinin Kremldə jurnalistlərlə keçirdiyi görüşdə Ukrayna ilə sülh danışıqlarına başlamağın mümkünlüyünü dilə gətirməsi, beynəlxalq müşahidəçilər və ekspertlər arasında nikbin fikirlərə yol açsa da, hadisələrin inkişafı gözləntiləri alt-üst edib. Yayılan məlumatlara görə, Rusiya tərəfinin səlahiyyətli şəxsləri ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbulda mümkün görüşü və bu təşəbbüs çərçivəsində Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında da təmasların baş tutduğu bildirilir.

Mövcud versiyalardan biri isə münaqişənin mayın sonuna doğru dayandırıla biləcəyi ehtimalını gündəmə gətirir. Bu iddialar, tərəflər və vasitəçilər arasında diplomatik fəallığın artdığını göstərir. Beləliklə, mayın sonuna doğru müharibənin bitəcəyi iddialarını bir çox siyasi analitik bildirir.

Məsələ ilə bağlı politoloq Taleh Əliyev News24.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfinin son çıxışları və atdığı addımlar bir-birini təkzib edir:

“Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, Ukrayna ilə sülh danışıqlarının İstanbulda keçirilməsinə dair təşəbbüs göstərmişdi. Həmin gün Rusiya lideri bir neçə dünya ölkəsinin rəhbərləri ilə də telefon danışıqları aparmışdı. Bu da təəssürat yaradırdı ki, Kreml beynəlxalq ictimaiyyətin və təşkilatların sülh çağırışlarına nəhayət ki, cavab verməyə hazırdır. Lakin 15 mayda İstanbulda baş tutan görüşlərdə Rusiya tərəfindən mühüm və səlahiyyətli nümayəndələrin iştirak etməməsi, eyni vaxtda Ukrayna ərazilərinə PUA və artilleriya zərbələrinin endirilməsi, Rusiya rəhbərliyinin real niyyətini göstərmiş oldu".

Politoloq qeyd edib ki, bu addımlar Rusiya tərəfinin əslində sülh danışıqlarına ciddi yanaşmadığını ortaya qoyur. Onun sözlərinə görə, siyasi səhnədə özünü barışıq tərəfdarı kimi göstərməyə çalışan Rusiya, faktiki olaraq, hərbi əməliyyatları daha da genişləndirərək mövcud vəziyyəti sabitləşdirməkdən uzaq bir mövqe nümayiş etdirir:

"Sülh danışıqlarına başlamaq üçün Ukraynaya son dərəcə sərt və qəbuledilməz şərtlər təqdim edir. Bu da danışıqların perspektivlərini azaldır. Moskvanın irəli sürdüyü tələblər, əsasən, Ukraynanın öz ərazi bütövlüyündən və suverenliyindən ciddi güzəştlər etməsini nəzərdə tutur. Belə bir vəziyyətdə Ukrayna tərəfinin bu şərtləri qəbul etməsi real görünmür. Bu, eyni zamanda, danışıqların uğurla nəticələnəcəyinə dair ümidi də azaldır".

Taleh Əliyev vurğulayır ki, hazırkı mərhələdə Rusiya siyasi cəbhədə qazanc əldə etmək üçün “sülh görüntüsü” yaratmağa çalışır. Bu isə əsasən beynəlxalq ictimaiyyətin təzyiqlərindən yayınmaq məqsədi daşıyır:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR