Onlayn ictimai-siyasi qəzet
Hindistan Pakistanda istehsal olunan və ya oradan tranzit keçən malların idxalına qadağa qoyub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Hindistan hökumətinin Xarici Ticarət Departamentinin dərc olunmuş sərəncamında deyilir.
Bildirişdə deyilir: “Pakistanda istehsal olunan və ya Pakistandan nəql olunan bütün malların birbaşa və ya dolayı yolla idxalı və ya tranziti ilə bağlı növbəti bildirişə qədər qadağa var”.
Qeyd olunur ki, “məhdudiyyət milli təhlükəsizlik və dövlət siyasətinin maraqları naminə tətbiq edilib”.
Qeyd edək ki, aprelin 22-də Kəşmirdə turistlərə qarşı törədlən terror aktından sonra Hinditan və Pakistan arasında münasibətlər gərginləşib, hətta müharibə həddinə çatıb.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ