 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Əfsanəvi amerikalı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava Santa Fe-dəki evlərində ölü tapılıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onların ölümünün səbəbləri açıqlanmayıb.
Santa Fe dairəsinin səlahiyyətliləri aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın ölümünü təsdiq ediblər. Hekmanın 95, Arakavanın 63 yaşı var idi.
Cin Hekman iki dəfə Oskar mükafatçısıdır. O, ilk mükafatını 1972-ci ildə “Fransız əlaqəsi” filmindəki baş rola, 1993-cü ildə “Bağışlanmayan” filmindəki ikinci plan roluna görə alıb.
Peşəkar pianoçu Betsi Arakava aktyorun ikinci həyat yoldaşı olub. Onlar 1991-ci ildə evləniblər.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ