İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud səhnələrini xatırladan anlar – Polisdən qaçan şəxs avtomobillə suya düşdü - ŞOK VİDEO

Musavat.com xəbər verir ki, Avstraliyada polis tərəfindən izlənilən bir sürücü gərgin təqib zamanı gözlənilməz şəkildə avtomobili ilə birlikdə suya düşüb. TRT Haber-in təqdim etdiyi görüntülər hadisənin nə qədər dramatik olduğunu açıq şəkildə göstərir.

Qırmızı rəngli “Jeep” markalı avtomobil sürücüsü polisin “dayan” əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Dənizkənarı ərazidə manevr edən sürücü qəfildən nəzarəti itirərək birbaşa dənizə düşüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri tərəfindən təcili müdaxilə olunub. Sürücü sudan çıxarılaraq dərhal nəzarət altına alınıb və polis tərəfindən saxlanılıb.

Görüntülərdə polislərin peşəkar çevikliyi, həmçinin təqibin gərgin anları sosial mediada da maraqla qarşılanıb. Hadisə həm də Avstraliyada cinayətkarların getdikcə daha radikal üsullara əl atdığını göstərən bir nümunə kimi dəyərləndirilib.

Qeyd edək ki, şübhəlinin kimliyi və ona qarşı irəli sürüləcək ittihamlar barədə hələlik rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR