İnsanlara hürriyət, millətlərə istiqlal!

Hövsandakı partlayışda yaralanan Nihadın son vəziyyəti açıqlandı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində evdə baş verən partlayışda yaralanan Nihad Əşrəfovun vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 22.04.2025-ci il tarixində saat 00:05 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində evdə baş verən partlayış nəticəsində Elvin Məmmədov hadisə yerində dünyasını dəyişib. Onun xalası oğlu Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Vəfat edən Elvin Məmmədov Ağdamda dəfn edilib. 35 yaşlı Elvin ailəli və iki uşaq atası idi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR