İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı ilə həbs edilən məmur necə azadlığa çıxıb? - 8 ilin 4 ilini yatmadı...

Kürdəmir Rayon Təhsil Şöbəsinin sabiq müdiri Mətləb Abdullayev azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, bu gün imzalanan əfv sərəncamı ilə Mətləb Abdullayev cəzasının qalan hissəsindən azad edilib.

M. Abdullayev 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin əməliyyatda icra başçısı Ceyhun Cəfərov da saxlanılmışdı.

O, Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində saxlanılmışdı və Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirdi.

Mətləb Abdullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrum edilmişdi. Yuxarı instansiya məhkəməsi - Ali Məhkəmə onun cəzasını 4 il 4 aya endirmişdi. 

M. Abdullayev cəzasının bitməsinə bir neçə ay qalmış əfvə düşüb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR