İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qaregin qərar verdi

Ermənistanın baş naziri Nikol Paşinyan hər gün katolikosun övladı olduğunu iddia edən açıqlamalar versə də, II Qaregin bu bəyanatlara cavab verməməyi qərara alıb.

Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, kilsə rəhbərliyi və ruhani çevrələr bundan sonra hökumətin kilsə və din xadimlərinin şəxsi həyatı ilə bağlı dediklərinə reaksiya verməməyə çalışacaq. Hətta onlara qarşı sərt və təhqiramiz ifadələr səslənsə belə. Lakin görünən odur ki, bu susqunluq hakimiyyətin geri çəkilməsinə səbəb olmayacaq.

“İqtidar partiyasına yaxın mənbələrin qəzetə verdiyi məlumata görə, Nikol Paşinyan son iclasda və partiyanın təşəbbüs toplantısında açıq şəkildə bəyan edib ki, hüquq-mühafizə orqanları kilsələrdə nələrin baş verdiyini, ruhani həyatın necə təşkil olunduğunu araşdırmalı və katolikosun subaylıq andını pozması ilə bağlı müvafiq şəkildə cəzalandırılmasını təmin etməlidir.

Başqa sözlə, Paşinyan bu məsələdə komandasına qətiyyətli olmağı tapşırıb – geri addım olmayacaq. Kilsə daxilində isə artıq tam əminlik yaranıb: “İqtidarla əməkdaşlıq olmaz – susmaq daha doğrudur””, - deyə yazıda qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR