İnsanlara hürriyət, millətlərə istiqlal!

İki dostun öldüyü dəhşətli qəzanın ŞOK təfərrüatı

Şəmkirdə iki dostun öldüyü dəhşətli qəzanın təfərrüatı məlum olub. İstintaq zamanı qəzanın sərxoş halda maşını idarə edən sürücünün idarəetməni itirərək kanala aşması nəticəsində baş verdiyi müəyyən edilib.

Musavat.com-un xəbərinə görə, hadisə Şəmkir rayonu, Təzəkənd-Qapanlı kənd yolunda baş verib.

“Ford Transit” markalı yük maşını Qapanlı kəndi ərazisində olan körpünün üzərindən içərisində su olmayan kanala aşıb. Nəticədə sürücü Tural İsgəndərli və yanında əyləşən Elçin Manafov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Araşdırma zamanı sürücü Tural İsgəndərlinin sərxoş olduğu müəyyən edilib. Həmçinin onun sürücülük vəsiqəsi olmadığı da məlum olub.

Turalla Elçin uşaqlıq dostu olublar. Onlar hadisə baş verən gün kafedə yeyib-içdikdən sonra yola çıxıblar. Hadisə də həmin vaxt baş verib.

Mərhumun ailə üzvləri iddia ediblər ki, hadisə Turalın sərxoş vəziyyətdə avtomobil idarə etməsi zamanı yol polislərinin onları qovalamasına görə baş verib. Lakin nə istintaq zamanı, nə də məhkəmə araşdırmasında bunu sübut etmək mümkün olub.

İş üzrə polis əməkdaşları şahid kimi dindirilib, nəzarət kameralarına baxılıb. Şahid polis əməkdaşları deyib ki, xidməti maşında olan GPS-lə də onların hadisə baş verən zaman Şəmkir şəhərində olduqları müəyyən edilib. Həmçinin qəzaya düşən avtomobilin keçdiyi ərazidəki kameralara baxış zamanı onların arxasınca yol polisinin düşmədiyi müşahidə edilib.

İstintaqın gəldiyi nəticəyə görə, qəzaya səbəb mərhum sürücü olub.

Açılan cinayət işi üzrə Tural İsgəndərli təqsirləndirilən şəxs hesab edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs vəfat etdiyi üçün onun barəsində cəza təyin edilməyib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR