İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə SKANDAL! SSRİ bayrağını kimlər qaldırdı? Açıqlamalar, görüntülər - CANLI

İmişli rayonunda 9 May faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı da səsləndirilib.

Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:

“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb. O bildirib ki, burada heç bir pis şey yoxdur. "Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır", - Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: "İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".

“Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Məsələ araşdırılır. Cəmiyyətin narahatlığı anlaşılandır, amma konkret münasibət bildirə bilmirəm, çünki qərəzli görünmək istəmirəm”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin İmişlidən olan deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, hadisəyə hüquqi qiymət yalnız araşdırma bitdikdən sonra verilə bilər: “Hadisəni araşdırmadan qanuna istinad etmək hələ ki, mümkün deyil. İcra Hakimiyyəti tərəfindən hadisə araşdırılır. Bəlkə təxribatdır? Araşdırmadan konkret fikir bildirmək mümkün deyil”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR