Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.
Musavat.com bildirir ki, Sumqayıt Sukanal idarəsindən "Report"un yerli bürosuna bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ