İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" Avropada əhəmiyyətli qələbə qazandı  

“Qarabağ” komandası Avropada vacib qələbə qazandı. Rəqibə 3:1 hesabı ilə qalib gəldi və “Qarabağ”ın Avropa səhnəsində mərhələ keçmək şansı artdı".

Bu sözləri Musavat.com-a idman şərhçisi  Aydın Bağırov deyib.

“Dünən gözlədiyimiz kimi oldu, nəticədən çox oyun baxımından “Qarabağ”dan şəxsən mən gözlədiyimi gördüm. Komanda hər oyunda oyununda əhəmiyyətli müsbət dəyişikliklər edir. Mövsümün əvvəlindən bu günə qədər müdafiə xətti xeyli möhkəmlənib və müdafiədəki nöqsanlar aradan qalxmaqda davam edir. Yankoviçin oyunu xüsusi vurğulanmalıdır, onun performansı komandanın müdafiə strategiyasına böyük töhfə verdi. Ön xətt oyunçuları xüsusən Zubir və Leandro   mükəmməl sinxronizasiyada oynayaraq hücum xəttinə dinamika qatdılar”,- deyə şərhçi qeyd edib.

Aydın Bağırov əlavə etdi ki, komandanın sərgilədiyi oyun yalnız qələbə ilə ölçülməməlidir:

“Ümumilikdə, “Qarabağ” gözəl oyun sərgiləyərək vacib qələbə qazandı və Qurban Qurbanovun qurduğu sistemin effektiv olduğunu bir daha sübut etdi. Üç bir hesablı qələbə azarkeşləri qane etsə də, Bakıda keçiriləcək qarşıdakı oyunlarda fərqli nəticələr mümkündür. Rəqib komandada bu oyun son şans kimi qiymətləndirilir, amma istənilən halda üstünlük Qarabağın tərəfindədir”.

Şərhçinin sözlərinə görə, Tofiq Bəhrəmov adına Respublika Stadionunda azarkeşlərin dəstəyi ilə çox yüksək atmosfer gözlənilir:

 “Bu, komandanın mərhələni keçməsini daha da mümkün edir. “Qarabağ”ın Avropa səhnəsində uğur qazanacağına inanıram və tezliklə Avropanın böyük klublarından biri ilə qarşılaşacaqlar. Bu, Azərbaycan futbolu üçün də böyük bir göstərici olacaq”.

 

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR