İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Qəzzanı işğal planı: XƏRİTƏ açıqlandı - VİDEO

İsrail ordusu Qəzza ilə bağlı yeni əməliyyat planını işə salıb.

Musavat.com xəbər verir ki, İsrail Ordusunun sözçüsü Effie Defrin “Qəzza işğal planının ilk mərhələsinin başladığını” açıqlayıb. O bildirib ki, ordunun məqsədi Qəzza şəhərinin ətrafını tam nəzarətə götürməkdir.

Times of Israel-in məlumatına görə, plana əsasən 50 min ehtiyat hərbçi orduya çağırılacaq. Çağırışların bir neçə gün ərzində həyata keçirilməsi nəzərdə tutulur. Əgər Qəzza şəhərinə hücum davam etdirilərsə, işğal prosesinə ümumilikdə 130 minədək israilli ehtiyat hərbçi cəlb oluna bilər.

Qərar İsrailin müdafiə naziri İsrail Katzın ordunun planlarını təsdiqləməsindən sonra qüvvəyə minib.

Hadisə beynəlxalq reaksiyalara səbəb olub. Böyük Britaniya və BMT İsrailin işğal planını kəskin şəkildə qınayıb.

Həmas isə beynəlxalq ictimaiyyətə müraciət edərək İsrailə təzyiq göstərməyə çağırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR