Onlayn ictimai-siyasi qəzet
Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərində səfərdə olub.
Musavat.com-un xəbərinə görə, 2025-ci ilin 6-7 may tarixlərində baş tutuan Konfransda çıxış edən İnam Kərimov qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr Konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulanaraq, türk dünyası ölkələrinin birliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Qeyd edilib ki, müasir dövrdə məhkəmə sistemlərinin qarşısında duran əsas vəzifələrdən biri ədalət mühakiməsinin şəffaf və çevik həyata keçirilməsi, bu sahədə səmərəliliyin artırılması, vətəndaşların ədalətə çıxış imkanlarının genişləndirilməsidir. Azərbaycanın məhkəmə-hüquq sistemində son illərdə həyata keçirilən mütərəqqi islahatlar da bu məqsədlərə xidmət edir.
Çıxışda türk dövlətlərinin ali məhkəmələri arasında daha çox mütərəqqi layihələrin həyata keçirilməsi, gənc hüquqşünasların və hakimlərin yetişdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin vacibliyi vurğulanıb. Təklif edilib ki, Türk Dövlətləri Ali Məhkəmələri Konfransının növbəti iclaslarında hüquqşünas və hakimlərin iştirakı ilə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, məhkəmə sahəsində vahid təcrübə yaradan qərarların qarşılıqlı öyrənilməsi istiqamətində müzakirələr təşkil edilsin. Eyni zamanda məhkəmə qərarlarının və hüquqi praktikaların müqayisəsi və müasir yanaşmaların tətbiqinin faydalı olacağı diqqətə çatdırılıb.
Konfransda digər çıxışlar da dinlənilib.
Sonda Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib.
Səfər Çərçivəsində İnam Kərimov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyə Ali İnzibati Məhkəməsinin sədri Zeki Yiğitlə görüş keçirib. Görüşlərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ