İnsanlara hürriyət, millətlərə istiqlal!

İran iki yeni nüvə elektrik stansiyası inşa edəcək – sahələr hazırdır

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin şimal və cənub bölgələrində iki yeni nüvə elektrik stansiyasının inşası üçün sahələrin hazırlandığını bildirib.

Musavat.com xəbər verir ki, İslami bu barədə verdiyi açıqlamada qeyd edib:

“Yeddinci beşillik proqramın sonunda – yəni 2024-cü ilin martından 2029-cu ilin martına qədər – İranın nüvə enerji istehsal gücü 3000 meqavata çatacaq. Bu çərçivədə ölkənin cənubunda və şimalında iki yeni nüvə stansiyasının inşası üçün yerlər artıq müəyyənləşdirilib və hazır vəziyyətə gətirilib”.

Hazırda İranın yalnız bir nüvə elektrik stansiyası – Buşehrdə yerləşən və Rusiyanın yardımı ilə inşa edilən obyekt fəaliyyət göstərir. Bu stansiyanın ilk enerji bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. Hal-hazırda stansiyanın ikinci mərhələsi çərçivəsində əlavə iki enerji blokunun tikintisi davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR